2025-cü ilin yanvar ayında Azərbaycandan Yunanıstana 43 milyon 668 min dollar həcmində 80 milyon 187 min kub metr təbii qaz ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, təbii qaz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 38,5 min dollar və ya 0,1%, miqdar ifadəsilə isə 110,5 min kub metr, başqa sözlə 01% artıb.
Qeyd edək ki, 2024-cü il ilk ayı ərzində Azərbaycandan 43 milyon 630 min dollar dəyərində 80 milyon 77 min kub metr təbii qaz ixrac olunmuşdu.
Ötən ilin ilk ayının nəticələrinə görə Azərbaycanın Yunanıstana ixrac etdiyi təbii qazın 1 kub metrinin orta ixrac qiyməti 93 qəpik təşkil edib. 2024-cü ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyişməyib.