AZ

Beynəlxalq Enerji Agentliyi: Qlobal Bakı Forumu yaxşı bir platformadır

COP29 çox çətin siyasi kontekstə düşdü, buna baxmayaraq, çox mühüm nəticələr əldə olundu.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumunun açılış mərasimində Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol bildirib.

Fatih Birol deyib ki, COP29-da karbon bazarı kimi məsələlər müzakirə olundu: “Azərbaycan hökumətinə təşəkkür edirəm ki, COP29-da belə nailiyyətlər əldə olundu”.

Fatih Birol qeyd edib ki, qlobal iqlim dəyişikliyinə qarşı mübarizə üçün ölkələr bir araya gəlməlidir: “Qlobal Bakı Forumu ölkələrin bir araya gəlməsi üçün yaxşı bir platformadır. Mən Bakıda üçüncü dəfə oluram və bir daha Azərbaycan Prezidentinə təşəkkür edirəm”.

Seçilən
7
3
apa.az

4Mənbələr