AZ

Gərginlik artır: Britaniya Rusiyadan belə qisas aldı

Böyük Britaniya və Rusiya arasında gərginlik artır. London Rusiyanın iki britaniyalı diplomatı Moskvadakı səfirlikdən qovmaq qərarına səssiz qalmayıb.

Publika.az xəbər verir ki, Britaniya Xarici İşlər Nazirliyi cavab olaraq bir rus diplomatı və həyat yoldaşını Londondakı Rusiya səfirliyindən qovub.

Nazirlik Rusiyanı Böyük Britaniyanın Moskvadakı səfirliyini bağlamağa fəal cəhd göstərməkdə ittiham edib. Bildirilib ki, Rusiya iki ölkə arasında gərginliyi artırır. Həmçinin Rusiyanın Londondakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

Qeyd edək ki, martın 10-da Rusiya Federal Təhlükəsizlik Xidməti Böyük Britaniyanın Moskvadakı səfirliyinin ikinci katibi Alkeş Odedra və səfirliyin siyasi şöbəsinin birinci katibinin həyat yoldaşı Maykl Skinnerin akkreditasiyasının ləğv edildiyini və iki həftə ərzində Rusiyanı tərk etməli olduqlarını açıqlayıb.

Buna səbəbin onların özləri haqqında yalan məlumat verdiyinə dair sübutların olması və Britaniya kəşfiyyatı ilə gizli fəaliyyətlər həyata keçirməsi olduğu bildirilib.

Seçilən
6
publika.az

1Mənbələr