AZ

Bakı restoranlarında iftar menyuları neçəyədir? - Qiymətlər

Martın 1-dən etibarən Ramazan ayı başlayıb. Bu müqəddəs ayda oruc tutanlar üçün müxtəlif qiymətlərə restoran və kafelər iftar süfrələri təşkil edirlər.

 

Sfera.az paytaxtda fəaliyyət göstərən restoranların iftar menyularının qiymətlərini araşdırıb.

 

Araşdırma göstərir ki, iftar menyularının qiymətləri 12 manatdan başlayaraq 90 manata qədər yüksəlir.

 

Ən bahalı iftar süfrəsi “Günaydın” restoranına məxsusdur. Burada bir nəfər üçün menyunin qiyməti 90 manatdır. “Fairmont Baku”nun “Le Bistro” restoranında isə bir nəfərlik iftar süfrəsi 88 manata təklif olunur.

 

Daha münasib qiymətlərə iftar etmək istəyənlər üçün alternativlər də mövcuddur. Belə ki, Xətai rayonunda yerləşən “Salam Aleykum” restoranında iftar süfrəsi 16 manata, “Mado” restoranlar şəbəkəsində 15,5-19,5 manat aralığında dəyişir. 

 

Ən sərfəli iftar menyularından biri isə “Balabol” kafedə təklif edilir. Burada qiymət cəmi 12 manatdır.

 

Digər restoranlarda isə iftar süfrələrinin qiymətləri belədir:

 

- “Hilton” oteli – “Sky Grill” restoranında 60 manat;

- “Cilantro” restoranında 49 manat;

- “The Landmark” – “Caspian Grill & Terrace” – 40 manat;

 - “Şehrazat” – 50 manat;

- “Bashkent White City” – 35-45 manat;

- “Dreamland” – 33 manat;

- “Mamounia Baku” – 29 manat;

- “Fisincan” – 25-35 manat;

- “Caravan Baku” – 25 manat;

- “Firuzə” – 24 manat;

-“Salam Baku” - 26 manat;

- “Biz-Bizə” – 30 manat;

- “Luxury Life Restaurant” – 25 manat;

- “Teleqüllə” – 2 nəfərlik menyu 60 manat;

- “Sahil Baku” – 30 manat;

 

Restoranlar əsasən milli və türk mətbəxinin yeməklərindən ibarət menyular təqdim edirlər. Süfrələrdə şorba, salatlar, əsas yeməklər, desertlər və içkilər yer alır. İftar süfrələrindən yararlanmaq istəyənlər öncədən rezervasiya etməyi unutmamalıdırlar.

 

Bəsti Rəfizadə

Seçilən
4
sfera.az

1Mənbələr