AZ

Kommersiya qurumlarının sayı 8%-dən çox artıb

Bakı. Trend:

Bu ilin mart ayının 1-nə respublika üzrə uçotda olan 1.611.030vergi ödəyicisinin 87 faizi fiziki şəxslər, 13 faizi hüquqi şəxslərvə digər təşkilatlar olub.

Bu barədə Trend İqtisadiyyat Nazirliyi yanında Dövlət VergiXidmətinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergiödəyicilərinin ümumi sayı 5,2 faiz, o cümlədən fiziki şəxslərinsayı 4,8 faiz, hüquqi şəxslərin sayı isə 7,5 faiz artıb. 2025-ciilin mart ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı8,2 faiz artaraq 192.945 vahid təşkil edib.

Qeyd olunub ki, 2025-ci ilin yanvar-fevral aylarında 2.632 vahidkommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların da 89,6faizi yerli investisiyalı, 10,4 faizi xarici investisiyalıdır.Kommersiya qurumlarının 86,6 faizi elektron qaydada qeydiyyataalınıb. Yanvar-fevral aylarında qeydiyyatdan keçmiş yerliinvestisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatınınxüsusi çəkisi isə 96,9 faiz təşkil edib.

Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 90 faiziməhdud məsuliyyətli cəmiyyət, 1,1 faizi səhmdar cəmiyyət, 1,1 faizikooperativ və s. formalarda yaradılıb.

Seçilən
3
20
az.trend.az

10Mənbələr