AZ

“Daha çox qarşılıqlı etimad son dərəcə vacibdir”

“Daha çox qarşılıqlı etimad son dərəcə vacibdir. Biz bütün dünyada ciddi çətinlikləri, iqlim dəyişikliyini, artan bərabərsizlikləri, müharibələri, münaqişələri görürük”.

Bunu jurnalistlərə açıqlamasında XII Qlobal Bakı Forumundan gözləntilərini açıqlayan Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişel bildirib.

Şarl Mişel deyib ki, bir-birimizi dinləmək, bir-birimizlə danışmaq və birlikdə qərar qəbul etmək üçün ən yaxşı yolların hansı olduğunu müəyyən etmək, bəzi prioritetləri müəyyən etmək önəmlidir: “Hamımızın öz tariximiz, mədəni reallıqlarımız, adət-ənənələrimiz olduğunu nəzərə alsaq, bu, çox vacibdir. Düzgün seçim etmək daha çox siyasi iradə və yəqin ki, daha çox siyasi cəsarət tələb edir”.

Seçilən
2
4
veteninfo.az

5Mənbələr