AZ

“Heç kim xəstələnməsin” – Nadirdən ÜZÜCÜ XƏBƏR – FOTO

Müğənni Nadir Qafarzadə xəstəxanaya yerləşdirilib.

Yenicag.az xəbər verir ki, sənətçi əməliyyat olunub.

Videopaylaşım edən Nadir narkozdan yeni ayıldığını bildirib:

“Xəstəxanadayam, əməliyyat olundum. Saatyarımlıq bir əməliyyat oldum. Heç vaxt heç kim xəstələnməsin. Yolunuz az halda xəstəxanadan düşsün, o da profilaktik, özünüzü yoxlatdırmaq üçün. Dostlarım gəlib baş çəkdilər. Bir saatdır ki, narkozdan ayıldım. Acından ölürəm, amma hələ ki yemək yeyə bilmərəm”.

Sənətçi estetiklə əlaqədar olmadığını desə də, nədən əməliyyat olduğunu açıqlamayıb.

Nehru

Seçilən
7
yenicag.az

1Mənbələr