Ukrayna müharibənin 1114-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumata əsasən, Rusiya indiyə qədər 890 250 hərbçi, 10 307 ədəd tank, 21 432 ədəd zirehli döyüş maşını, 24 409 ədəd artilleriya sistemi, 1 314 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1103 hava hücumundan müdafiə sistemi, 370 ədəd hərbi təyyarə, 331 ədəd helikopter, 40 355 ədəd avtomobil texnikası, 28 983 ədəd PUA, 3 121 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 777 xüsusi avadanlıq itirib.