Niderlandın xarici işlər naziri Kaspar Veldkamp və rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri Avropa İttifaqının Monitorinq Missiyasının müşayiəti ilə Ermənistan-Azərbaycan sərhədində olublar.
Editor.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
“Niderland Xarici İşlər Naziri Kaspar Veldkamp, Niderland Krallığının Ermənistandakı səfiri Marike Monroy-Vinter və Ermənistanda səfərdə olan nümayəndə heyətini qəbul etmək şərəfdir”, – müşahidə missiyasının X hesabında bildirilib. /”Unikal”