AZ

Xll Bakı Qlobal Forumundakı çağırışlar fürsətə çevrilə bilər - Jelka Tsviyanoviç

Bakı. Trend:

Xll Bakı Qlobal Forumundakı çağırışlar fürsətə çevriləbilər.

Trend xəbərverir ki, bu sözləri Xll Qlobal Bakı Forumunun açılış mərasimindəBosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Jelka Tsviyanoviçdeyib.

O qeyd edib ki, Forumda iştirak edən hər kəs öz hekayəsinibölüşə bilər. “Bu platforma üçün Prezident İlham Əliyevə təşəkküredirəm”, - deyə o əlavə edib.

Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərindəkeçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən“Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətəçevrilməsi” şüarı altında təşkil olunub.

Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfliyanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regionalsabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirəolunacaq.

Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir arayagətirəcək. Onların sırasında 25-dən çox sabiq prezident, 15-dən çoxkeçmiş baş nazir, BMT və beynəlxalq agentliklərin təxminən 10rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazir müavini yeralacaq.

Məqalədə:
Seçilən
13
2
az.trend.az

9Mənbələr