AZ

Polşa prezidenti ABŞ-dan nüvə silahı istəyir

Polşa

Polşa prezidenti Anjey Duda ABŞ-a təklif edib ki, Rusiyanın gələcək təcavüzünə qarşı çəkindirici vasitə kimi Qərbi Avropa və ya ABŞ-da saxlanılan Amerika nüvə başlıqlarını Polşa ərazisinə köçürsünlər.

Reyting.az
-ın məlumatına görə, Anjey Duda “Financial Times” qəzetinə müsahibəsində deyib ki, ABŞ-nın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqla bu təklifi müzakirə edib.

“NATO-nun sərhədləri 1999-cu ildə şərqə doğru hərəkət edib, ona görə də 26 ildən sonra NATO-nun infrastrukturu da şərqə doğru hərəkət etməlidir. Düşünürəm ki, sadəcə, vaxt gəlib çatmayıb, həm də silahlar gətirilsəydi, bura daha təhlükəsiz olardı”, - Polşa prezidenti bildirib.

Qeyd edək ki, Polşanın kommunist rejimi “Soyuq Müharibə” zamanı Sovet nüvə başlıqlarına ev sahibliyi edib. Eyni zamanda, belə silahların Rusiya sərhədləri yaxınlığında - bu dəfə ABŞ-ın nəzarəti altında saxlanması Kreml tərəfindən ciddi təhlükə kimi qiymətləndiriləcək.

Duda deyib ki, ABŞ prezidenti Donald Tramp nüvə silahlarını harada yerləşdirməyə özü qərar verməlidir, lakin Rusiya taktiki nüvə silahlarını Belarusa daşıyıb: “Rusiya nüvə silahını Belarusa ötürəndə belə tərəddüd etmədi və heç kimdən icazə istəmədi”.

E. KAMAL
Seçilən
4
reyting.az

1Mənbələr