AZ

Ə.XAMENEİ D.TRAMPI TƏHDİD DOLU AÇIQLAMALARDAN ÇƏKİNMƏYƏ ÇAĞIRIB » AzadMedia.az


İranın Ali dini lideri Ayətulah Xamenei ABŞ prezidenti Donald Trampın danışıqlar aparmaq üçün yolladığı mətbuata münasibət bildirib.

AzadMedia.az xəbər verir ki, Xamenei, paytaxt Tehrandakı iqamətgahında ölkənin müxtəlif universitet tələbə qrupları ilə görüş keçirib. Görüş zamanı Trumpın İrana müzakirə çağırışı ilə bağlı danışan Xamenei, "Bu çağırış, 'biz müzakirəyə hazırıq, lakin İran razı deyil' demək, manipulyasiya etmək üçündür" ifadələrini səsləndirib.

Xamenei, Trumpın əvvəlki dövründə BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənən nüvə sazişindən tərəfsiz çıxmasını xatırladaraq, "İran niyə müzakirəyə razı deyil? Özünüz soruşun! Bir neçə il müzakirə etdik, sonra Tramp və imzalanmış müqaviləni masadan qaldırıb cırıb atdı. İşləməyəcəyini bildiyimiz müzakirələrə niyə qayıdaq? ABŞ ilə müzakirələr sanksiyaları aradan qaldırmayacaq, yalnız onları daha da sıxlaşdıracaq" deyib.

Xamenei, Trumpın hərbi təhdidlərini də tənqid edərək İranın heç bir təhdiddən qorxmadığını və istənilən hücuma cavab verməyə qadir olduqlarını bildirib.

"O, bizi hərbi hücumla hədələyir. Bu ağıllı deyil, çünki müharibə tərəfsiz olmaz. İranın cavab vermək qüvvəsi var və hər hansı bir hücuma mütləq cavab verəcək. ABŞ və onun tərəfdaşları səhv etsə, ən çox ziyan onlara dəyəcək. Əlbəttə, müharibə yaxşı bir şey deyil və biz müharibə istəmirik" - deyə İranın Ali rəhbəro qeyd edib.

Fox Business Network-ə 7 Martda müsahibə verən Trump, İran liderinə məktub göndərdiyini açıqlamışdı. İran tərəfi isə Trampın bu məktubuna skeptik yanaşıb.

Xamenei 8 martda verdiyi açıqlamada bildirib ki, ABŞ problemləri həll etmək üçün deyil, öz tələblərini qəbul etdirmək üçün müzakirələrə başlamaq isyəyit.

İran prezidenti M.Pezeşkian isə Trampın təhdid dolu ifadələrini pisləyib və təhdidlərə son qoyulanadək İranın heç bir müzakirələrə qoşulmayacağını deyib.


Qeyd edək ki, ötən gün axşam saatlarında Tehrana çatan Birləşmiş Ərəb Əmirliklərinin (BAE) Dövlət Başçısı Məhəmməd bin Zayid əl-Nəhyanın Diplomatik Məsləhətçisi Ənvər Qarqaş, İran Xarici İşlər Naziri Abbas Ərəqçi ilə görüşərək Trumpın məktubunu təqdim edib.

Bu addım, bölgədə gərginliyin azaldılması və müzakirələrin davam etdirilməsi istiqamətində atılmış bir addım kimi qiymətləndirilir.

Seçilən
0
1
azadmedia.az

2Mənbələr