Birləşmiş Ştatlar Rusiya Ukraynada 30 günlük atəşkəs təklifindən imtina edərsə, ona təzyiq edə bilər.
Modern.az xəbər verir ki, “Reuters”in məlumatına görə, bunu ABŞ lideri Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında deyib.
“Birləşmiş Ştatlar Rusiyaya təzyiq göstərə bilər, lakin ümid edirik ki, buna ehtiyac olmayacaq”, - deyə dövlət başçısı bildirib.
Trampın sözlərinə görə, Vaşinqton Moskvaya iqtisadi təzyiqi nəzərdən keçirə bilər ki, bu da Rusiya üçün mənfi nəticələrə səbəb ola bilər.
Daha əvvəl Tramp bildirib ki, ABŞ Ukraynada atəşkəslə bağlı danışıqlar aparmaq üçün Moskvaya yeni emissarlar göndərib. O, həmçinin hərbi əməliyyatların dayandırılması üçün Rusiyanın razılığına ümid etdiyini vurğulayıb.