Xəbər verdiyimiz kimi, paytaxtın Səbail rayonundakı “XS lounge” gecə əyləncə mərkəzindən yayılan səs-küy ətrafda yaşayan vətəndaşların narazılığına səbəb olub.
“Sakinlərin “XS lounge” gecə klubundakı səs-küylə bağlı müraciətinə polis tərəfindən baxılıb. Sakinlərin narahatlığını əks etdirən hallar polis əməkdaşları tərəfindən araşdırılıb və obyektin icarədarı barəsində qanunauyğun tədbirlər görülüb”, – DİN rəsmisi əlavə edib.