Baş Prokurorluqdan Manset.az-a verilən xəbərə görə, Bakı şəhər Baş Polis İdarəsində ibtidai istintaq edilən cinayət işi üzrə Osmanlı Turqut Mehman oğlunun Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib.
Turqut Osmanlı Rusiya Federasiyasının ərazisində saxlanılaraq martın 12-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.