Əvəzedicilər liqasında XXVI turun “Neftçi-2” – “Turan Tovuz-2” oyununda qonaq komandanın 3 futbolçusu qırmızı vərəqə alıb.
Msport.az xəbər verir ki, AFFA İntizam Komitəsi buna görə Qərb təmsilçisini 300 manat cərimələyib.
Futbolçulardan Cavid Qasımov 90+1-ci dəqiqədə rəqibi aşkar qol imkanından məhrum etdiyi üçün birbaşa qırmızı vərəqə aldıqdan sonra ehtiyat skamyanın oturacağını sındırdığına görə 1 oyun cəzalanıb, klubu 100 manat cərimə edilib. Stadionun əmlakına dəymiş zərər “Turan Tovuz-2” komandası tərəfindən qarşılanmalıdır.
90+5-ci dəqiqədə Sadiq Quliyev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, klubu 300 manat ziyana düşüb.
90+6-cı dəqiqədə Dinamin Bağırov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klubu 50 manat cərimə edilib.