Saxlanılan Tural Məmmədov rayon İcra Hakimiyyəti başçısı Aparatında, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri işləyib.
Bizim.Media-nın yerli bürosunun müxtəlif mənbələrdən əldə etdiyi məlumata əsasən Tural Məmmədov müxtəlif vaxtlarda şəhid ailələri və qazilərə qarşı dələduzluq əməli törətməkdə şübhəli bilinərək hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq həbs edilib.
Şikayətçilər bildirib ki, Tural.Məmmədov bir neçə nəfərə ev, maşın, torpaq sahəsinin veriləcəyini vəd edib və bunun müqabilində müxtəlif məbləğlərdə pul vəsaiti alıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə başlanmış işin istintaqı davam etdirilir. Şəhid ailələri və qazilərə dəymiş zərərin ödənilməsi istiqamətində tədbirlər həyata keçirilir.
Qeyd edək ki, Tural Məmmədov özü də Vətən müharibəsi qazisidir. O, 2021-ci ildən icra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsində çalışıb. İki il əvvəl onun Şəkidə avtomobil qəzası törətməsi barədə də məlumatlar yer almışdı.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta