Almaniya iqtisadiyyatı tənəzzülə girə bilər.
İndex.az xəbər verir ki, bu barədə Almaniya Mərkəzi Bankının (Bundesbank) sədri Yoahim Nagel məlumat verib.
Nagel Almaniya iqtisadiyyatının ABŞ-ın tarifləri səbəbindən resessiyaya girə biləcəyini söyləyib.
“Bundesbank”ın prezidenti Britaniyanın BBC telekanalına müsahibəsində qeyd edib ki, Avropa İttifaqı (Aİ) ABŞ-ın tariflərinə cavab verməkdə haqlıdır.
Qlobal ticarət müharibəsinin bütün tərəflər üçün mənfi olduğunu bildirən Nagel, belə bir müharibənin birliyin ən böyük iqtisadiyyatı olan Almaniyanı bu il tənəzzülə sürükləyə biləcəyini ifadə edin.