Mövzu ilə bağlı politoloq Tural İsmayılov Olaylar.az-a açıqlama verib. Politoloq qeyd edib ki, Qlobal Bakı Forumu dünyanın önəmli müzakirə mərkəzinə çevrilib:
"XII Qlobal Bakı Forumu bir daha nümayiş etdirir ki, Azərbaycan bu gün dünyanın əsas müzakirələrinin aparıldığı bir mərkəz halına gəlib. Bu gün "dəyişən dünya düzəni" fonunda Azərbaycanın qlobal müzakirələrin mərkəzi halına gəlməsi, ölkəmizin beynəlxalq miqyasının artması, dünyanın bir çox siyasətçilərinin bu tədbirə təşrif buyurması artıq ənənəvi hal alıb. 12-ci dəfədir ki, Qlobal Bakı Forumu keçirilir. Bu gün burada qlobal dəyişikliklər və bu dəyişikliklər fonunda əlaqələrin inkişaf etməsi , dünyanın daha ədalətli və obyektiv baxışlar ortaya qoymasının vacibliyindən bəhs edilir. Artıq Qlobal Bakı Forumu dünyanın önəmli global müzakirələrinin aparıldığı vacib bir mərkəz halına gəlib. Düşünürəm ki, müzakirə edilən məsələlərdə, bir çox beynəlxalq əlaqələrdə, qlobal siyasi nizamla bağlı qərarların alınmasında Qlobal Bakı Forumunun müstəsna əhəmiyyəti vardır".
Zeynəb Mustafazadə