AZ

UEFA Çempionlar Liqasında ən yaxşı adına namizədlər bəlli olub

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab matçlarından sonra həftənin ən yaxşı oyunçusu adına dörd namizəd bəlli olub.

"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, siyahıda Harri Keyn ("Bavariya"), Canluici Donnarumma (PSJ), Marko Asensio ("Aston Villa") və Əmrə Can ("Borussiya Dortmund") yer alıb.

Keyn "Bayer"lə qarşılaşmada (2:0) qol və məhsuldar ötürmə ilə yadda qalıb. Donnarumma "Liverpul"la penaltilər seriyasında rəqibin iki zərbəsini dəf edərək komandasını 1/4 finala çıxarıb. Asensio "Brügge" ilə oyunda (3:0) dubl edib. Can isə "Lill"lə görüşdə qol vurub.

"Cebheinfo.az" 

Seçilən
13
4
cebheinfo.az

4Mənbələr