AZ

SOCAR üzrə neft hasilatı 8%-ə yaxın azalıb

Bakı. Trend:

Cari ilin yanvar-fevral aylarında Azərbaycan Dövlət Neft Şirkəti(SOCAR) üzrə neft (kondensatla birlikdə) hasilatı 1,2 milyon tontəşkil edib.

Trend bu barədə Energetika Nazirliyindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə100 min ton və ya 7,7% azdır.

Belə ki, ötən ilin eyni dövründə SOCAR üzrə neft (kondensatlabirlikdə) hasilatı 1,3 milyon ton təşkil edib.

Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında ölkədə 8,1milyard kubmetr təbii qaz hasil edilib. Qazın 1,3 milyard kubmetriisə SOCAR-ın payına düşüb ki, bu da, əvvəlki ilin eyni dövrü iləmüqayisədə dəyişməyib.

Xatırladaq ki, bu ilin yanvar-fevral aylarında respublikada 4,5milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Hasilatın 2,6milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 0,6 milyon tonu (kondensat)“Şahdəniz”in, 0,1 milyon tonu (kondensat) “Abşeron” yatağınınpayına düşüb.

Məqalədə:
Seçilən
1
8
az.trend.az

10Mənbələr