Bakı. Trend:
Cari ilin yanvar-fevral aylarında “Şahdəniz” yatağından 4,3milyard kubmetr təbii qaz hasil edilib.
Trend bubarədə Energetika Nazirliyindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin yanvar-fevral ayları iləmüqayisədə 200 milyon kubmetr və ya 4,4 faiz azdır.
Belə ki, ötən ilin eyni dövründə “Şahdəniz” yatağından 4,5milyard kubmetr təbii qaz hasil edilib.
2025-ci ilin yanvar-fevral aylarında ölkədə 8,1 milyard kubmetrtəbii qaz hasil edilib. Qazın 2,2 milyard kubmetri“Azəri-Çıraq-Günəşli”nin, 0,3 milyard kubmetri “Abşeron” yatağının,1,3 milyard kubmetri isə SOCAR-ın payına düşüb.