AZ

Finlandiya Ukraynaya 200 milyon avroluq hərbi yardım ayırıb

Bakı, 13 mart, AZƏRTAC

Finlandiya Ukraynaya 28-ci hərbi yardım paketi ayırıb.

AZƏRTAC xəbər verir ki, Finlandiya Müdafiə Nazirliyinin məlumatına görə, hərbi yardım paketinin dəyəri təxminən 200 milyon avro təşkil edir.

Nazirlik təhlükəsizlik nöqteyi-nəzərindən yardımın məzmununu, çatdırılma vaxtını və üsulunu məxfi saxlayıb.

Qeyd edək ki, bir müddət öncə, Finlandiya Ukraynaya dəstək məqsədilə yeni proqrama start verildiyini açıqlayıb. Helsinki bu proqram çərçivəsində ölkənin müdafiə sənayesinin 660 milyon avro alacağını elan edib.

“Son qərarların həyata keçirilməsindən sonra Finlandiyanın Ukraynaya maliyyə yardımının ümumi həcmi 3,3 milyard avroya çatacaq”, - deyə Müdafiə Nazirliyinin bəyanatında bildirilir.

 

Seçilən
6
1
azertag.az

2Mənbələr