Donald Tramp administrasiyası Ukraynaya kəşfiyyat dəstəyi və müdafiə yardımını bərpa edib. Metbuat.az xəbər verir ki, bu barədə Ağ evdən məlumat verilib. Bildirilib ki, Kiyev 30 günlük atəşkəsə razılıq verəndən sonra Tramp administrasiyası Ukraynaya dəstəyi bərpa etməyə qərar verib. Milli Təhlükəsizlik Şurasının sözçüsü Ceyms Hevittin sözlərinə görə, Səudiyyə Ərəbistanında ABŞ-Ukrayna danışıqlarında əhəmiyyətli irəliləyiş əldə edilib. Qeyd edək ki, Ağ evdə ABŞ Prezidenti Donald Tramp və ukraynalı həmkarı Vladimir Zelenski arasındakı gərginlikdən sonra Vaşinqton Kiyevə kəşfiyyat dəstəyi və hərbi yardımı dayandırdığını açıqlamışdı. Donald Tramp Kiyevin 30 günlük atəşkəsə razılıq verdiyini, Rusiya ilə danışıqların davam etdiyini bəyan etmişdi.