Pakistanın cənub-qərbində Bəlucistan Azadlıq Ordusu tərəfindən qaçırılan qatardan azad edilən 400-dən çox insan Kvetta şəhərinə gəlib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Təhlükəsizlik qüvvələri 33 hücumçunun hamısını zərərsizləşdirib.
Xilasetmə əməliyyatı zamanı 21 girov və dörd təhlükəsizlik xidmətinin əməkdaşı həlak olub.
Hazırda Bəlucistan əyalətinin paytaxtı Kvettadakı dəmir yolu stansiyasına gələn bütün zərərçəkənlərə və xilasedicilərə tibbi yardım göstərilir.
Pakistanın baş naziri Şahbaz Şərif martın 13-də əyalətə səfər edəcək. O, hücumu "qorxaqlıq aktı" adlandırıb və bildirib ki, bu cür hərəkətlər Pakistanın sülhə nail olmaq əzmini sarsıtmayacaq.