Sözügedən qaya 2002-ci ildə kömür mədənçiləri tərəfindən tapılıb. Üzərindəki qeyri-adi izləri görən mədənçilər qalığı Kvinslend ştatının kiçik bir şəhəri olan Biloeladakı məktəbə hədiyyə ediblər. Qaya məktəbin girişində nümayiş etdirilsə də, onun əsl dəyəri başa düşülməyib. Romilionun ərazidə apardığı araşdırmalar göstərib ki, dinozavr qalıqları təkcə məktəbdə deyil, ətraf ərazilərdə də tapılıb. Kömür mədəninin dayanacağına girişdə iki tonluq daşda dinozavr izi də aşkar edilib.