Müğənni Mənzurə Musayeva aylar əvvəl keçirtdiyi plastik əməliyyatından narazı qaldığını açıqlayıb.
News24.az olay-a istinadla xəbər verir ki, bu barədə sənətçi qonaq olduğu “İncə səhər” verilişində danışıb.
Musayeva bildirib ki, üzgərmə əməliyyatından sonra üzünün sağ və sol hissəsi bir-birindən fərqlənir:
“Bəli, üzgərmə əməliyyatından sonra narazı qalmışam. Bununla bağlı hələki məhkəməyə müraciət etməmişəm. Məni əməliyyat edən həkim-cərrahın söylədiyi kimi, müəyyən zamanı gözləyirəm. Üzümün sağ və sol tərəfi bir-birindən fərqlənir. Sanki bir tərəf dartılıb, digər tərəf isə eyni şəkildə qalıb. Əməliyyatdan sonra sanki üzüm gərilməyib (gülür). Həkimlə ortaq məxrəcə gəlməsək nələrsə olacaq. Sadəcə indi mən insanlıq edirəm, gözləyirəm”.