Paytaxtın Sabunçu rayonunda yol hərəkəti qaydalarını pozan sürücü özünü videoya çəkərək sosial şəbəkə hesabında paylaşıb.
Avtosfer.az-ın məlumatına görə, 90-XX-102 dövlət nömrə nişanlı “Range Rover” markalı avtomobilin sürücüsü yaşayış zonasında lüzumsuz manevrlər edərək piyadalara və park edilmiş nəqliyyat vasitələrinə təhlükə yaradıb. Toy kortecində qeydə alınmış görüntüdə isə o, maşını gah sağa, gah da sola sürərək avtoxuliqanlıq edib.
Ayrı vaxtda çəkilmiş videoda isə yenidən təhlükəli manevrlər edən sürücü əks istiqamətli yola çıxıb və qəza riskinə səbəb olub.
Digər kadrda isə o, avtomobilin konstruksiyasına müdaxilə edib və ön dövlət nömrə nişanı olmadan idarə edib.
Nərmin