Bakı. Trend:
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Alyans” GənclərMərkəzinin “Azərbaycan həqiqətlərinin və mədəni irsinin Gürcüstandatəbliği” layihəsi çərçivəsində “Qarayazının matriarxı – PərixanımSofiyeva” adlı məqalə dərc olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə bildirilib ki,məqalə İrakli Xvadaqianinin müəllifliyi ilə Gürcüstan MilliArxivinin tarixi materialları əsasında hazırlanıb.
Pərixanım Sofiyeva 1918-ci ildə Gürcüstanda deputat seçilən ilkmüsəlman qadın olub. O, nüfuzlu Sofiyevlər ailəsinin üçüncü qızıolub və gənc yaşlarından yaşadığı kəndin və rayonun liderinəçevrilib. Cəmiyyətin ağsaqqalları belə onun məsləhətlərinə qulaqasıb, kənd təsərrüfatı və sosial məsələlərdə ona müraciət ediblər.Hətta ona “Kişi Pəri” ləqəbi qoyulub.
1918-ci ildə Gürcüstanın Qarayazı rayonunda keçirilən seçkilərdəgüclü partiya namizədlərini məğlub edərək deputat seçilib. Lakin1921-ci ildə sovet işğalından sonra yerli özünüidarəetmə orqanlarıləğv edilib, ailəsinin mülkləri müsadirə olunub. 1937-38-ci illərdəStalinin "Böyük təmizləmə" kampaniyası zamanı onun 5 qardaşırepressiyaya uğrayıb. Pərixanım ömrünün son illərini qardaşlarınınyetim qalan övladlarına baxmaqla keçirib və 1953-cü ildə dünyasınıdəyişib.
Xatirəsi Gürcüstanda indi də yaşayır, yaşlı nəsil onun adınıhələ də xatırlayır. Tbilisi sakrebulosu (şəhər şurası) sədrininmüavini Marika Darçiyanın təşəbbüsü ilə “Tbilisinin xatirəskamyaları” adlı layihəyə start verilib. Layihə çərçivəsindəşuranın binası qarşısında, Azadlıq meydanında yerləşdirilənskamyalara Gürcüstanın tarixində önəmli rol oynamış ictimaixadimlərin adları olan xatirə lövhələri vurulub. Bu lövhələrdənbiri Pərixanım Sofiyevanın adını daşıyır. Gürcüstanın Mərkəzi SeçkiKomissiyası və Tbilisi Dövlət Universiteti onun haqqında kitab nəşretdirib. 2018-ci ildə isə məzarı abadlaşdırılıb və qəbirüstüabidəsi qoyulub.
Məqalə ilə aşağıdakı linkdən tanış olmaq mümkündür: