AZ

Basketbol: “Lənkəran” “Quba”ya da uduzdu

Bu gün keçirilmiş bir oyunla Azərbaycan Basketbol Liqasında (ABL) 2024/2025-ci illər mövsümünün 18-ci turuna start verilib.

Arena.az xəbər verir ki, turun ilk günündə bir qarşılaşma baş tutub.

B qrupu çərçivəsində keçirilmiş günün yeganə matçında “Lənkəran” “Quba” ilə üz-üzə gəlib. Çempionatın autsayderlərinun duelində ev sahibləri növbəti dəfə məğlubiyyətə üzülüblər.

Xatrıladaq ki, tura martın 16-da yekun vurulacaq.

Azərbaycan Basketbol Liqası
B qrupu, 18-ci tur
13 mart

“Lənkəran” – “Quba” 84:95 (18:24, 25:24, 33:25, 8:22)
Lənkəran Olimpiya İdman Kompleksi.

Xallar: Gəncə – 30. Şəki – 30. Ordu – 28. Sumqayıt – 24. Quba – 23. Lənkəran – 21.

Seçilən
7
arena.az

1Mənbələr