AZ

G7 ölkələrinin xarici işlər nazirləri Kanadada görüşür

Donald Trampın hakimiyyətə qayıdışından sonra Kanadada “Böyük yeddiliyin” xarici işlər nazirlərinin ilk görüşü keçirilir.

Burada əsas sual budur, ABŞ Dövlət katibi Marko Rubio qrupun dostu və ya rəqibi kimi çıxış edəcək?

“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə “Bild” nəşri belə yazır.

“New York Times” qəzetinin yazdığına görə, Rubio G7 diplomatlarının diqqətini Ukraynadakı müharibəni dayandırmağa yönəltmək istəyir. G7-yə ABŞ, Kanada, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya və Yaponiya daxildir. 

ABŞ və onun qrupdakı tərəfdaşları üçün digər problemli məsələ Vaşinqtonun Kanada və digər ölkələrə qarşı başlatdığı ticarət müharibəsidir.

Son həftələrdə Tramp dəfələrlə Kanadanı “ABŞ-ın 51-ci ştatı” adlandırıb və Kanada əleyhinə tariflərin tətbiqini özünün işğalçı ritorikası ilə əlaqələndirib.

Əvvəlcə hörmətsiz zarafat kimi qəbul edilən şey getdikcə daha ciddi bir rəng alır: Bir çox kanadalılar Trampın rəhbərliyi altında ABŞ-nin həqiqətən ilhaq etmək istəyindən qorxur.

Seçilən
26
cebheinfo.az

1Mənbələr