Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
"Konsititusiya dəyişiklikləri olmasa Azərbaycanla sülh müqaviləsinin imzalanması imkansız görünür. Çünki konsititusiyada Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları yer almaqdadır. Paşinyan 2019-cu ildə qüvvəyə minən konstitusiyada dəyişiklik edilməsinin vacibliyini o vaxtdan dediyini iddia edir. Paşinyan hesab edir ki, yeni konsititusiya real Ermənistanın müstəqil dövlət kimi fəaliyyət göstərməsinin əsasını təşkil edəcək. Düşünürəm ki, bütün hallarda Paşinyan iki məsələyə diqqət etməlidir. Birincisi həmin konsititusiyada Ermənistanın müstəqilliyi haqqında istinad götürülməlidir. Çünki həmən bəyənnamədə Qarabağla bağlı olaraq Azərbaycana ərazi iddiaları yer alıb. İkinci məqam Qarabağın keçmiş qondarma rejiminin təhlükəsizliyinə təminatın Ermənistan tərəfindən verilməsi məsələsidir. Əks halda bu dəyişiklik kosmetik dəyişiklik olacaq və prinsipal olaraq Azərbaycanla münasibətlərin normallaşmasına xidmət etməyəcək".
Əfsanə Kamal
Demokrat.az