AZ

Kursk vilayətinin azad edilməsi əməliyyatı yekun mərhələdədir

Rusiyanın "Şimal" qoşun qruplaşmasının komandanlığı Prezident Vladimir Putinə Kursk vilayətinin azad edilməsi əməliyyatının yekun mərhələyə daxil olması barədə məruzə edib.

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, Kursk vilayətindəki komanda məntəqələrindən birinə baş çəkən Putin "Şimal" qrupunun komandanı və müavininin məruzələrini dinləyib. Onlar prezidentə əməliyyatın gedişi, həmçinin Kursk vilayətinin ərazisinin azad edilməsi üzrə əməliyyatın yekun mərhələyə daxil olması barədə məruzə ediblər.

Qeyd edək ki, Putin Kursk vilayətindəki komanda məntəqələrindən birində keçirdiyi müşavirə zamanı bildirib ki, vilayət azad edildikdən sonra dövlət sərhədi boyunca təhlükəsizlik zonasının yaradılması barədə düşünmək lazımdır.

Gülşən Şərif

Seçilən
2
3
bakivaxti.az

4Mənbələr