AZ

Bayram ərəfəsində təqaüdçülərə BƏD XƏBƏR

TBMM Plan və Büdcə Komissiyasının üzvü, CHP Manisa millət vəkili Ahmet Vehbi Bakırlıoğlu bayram bonusunun ilk verildiyi 2018-ci ilin desert qiymətlərini indiki desert qiymətləri ilə müqayisə edib.

News24.az xəbər verir ki, Ramazan bayramının olmazsa olmazı olan paxlavanın qiymətinin o illərdə kilosu 90 lirədən başladığına diqqət çəkən Bakırlıoğlu, 2018-ci ildə verilən 1000 lirə bonusla 11 kilo paxlavanı almaq mümkün idi deyib:

"2018-ci ildən bəri paxlavanın qiyməti 10 dəfə, pul mükafatı isə cəmi dörd dəfə artıb. Bu il veriləcək 4 min lirə ilə cəmi dörd kilo paxlava almaq olar. Təqaüdçünün yeddi kilo paxlavasını nəvələri yox, AKP-nin yaratdığı inflyasiya canavarı yeyib. Təəssüf ki, bu bayram da təqaüdçülərin xoş günlərini keçirməyəcək".

Aqil


Seçilən
7
news24.az

1Mənbələr