Bakı. Trend:
Mövcud çağırışlara baxmayaraq, çoxtərəflilik qlobal problemlərinhəllində həlledici rol oynayır.
Trend xəbərverir ki, bunu Finlandiyanın keçmiş prezidenti Tarya Halonen Bakıdakeçirilən XII Qlobal Bakı Forumu çərçivəsində baş tutan “Çoxqütblüdünya üçün multilateralizmə yenidən baxılması” mövzusunda panelmüzakirələrində etdiyi çıxış zamanı deyib.
“Mən buraya gələndə, məndən forumla bağlı gözləntilərimisoruşdular. Mən cavabımda dedim ki, müzakirələrin səmimi olacağınavə azca da olsa gələcəyə ümid bəsləyirəm. Biz təzəcə başlamışıq vəmən ümid edirəm ki, gələcəkdə bizim pozitiv söhbətlər üçün dahageniş imkanlarımız olacaq” , - deyə o bildirib.
Halonen beynəlxalq münasibətlər sisteminin, o cümlədən,Birləşmiş Millətlər Təşkilatının yenilənməsinin vacib olduğunuhesab edir. Lakin o qeyd edib ki, çətinliklərin olmasına rəğmən,BMT çoxtərəfli diplomatiyanın mərkəzi elementi olaraqqalmaqdadır.
Onun sözlərinə görə, BMT modelinin yenilənməyə ehtiyacı var.
“Məsələn, Təhlükəsizlik Şurasının daha geniş təmsil olunmasıüçün onda Afrika üçün iki yer və Asiya üçün bir yer əlavə etməkolar. Həmçinin, ayrı-ayrı ölkələrin veto hüququnun ləğv olunmasıməsələsini də müzakirəyə çıxarmaq lazımdır”, - deyə Halonenbildirib.
O, qlobal aktual problemlərin həllində BMT-nin ixtisaslaşmışagentliklərinin o cümlədən UNESCO, UNİCEF və ÜST-ün əhəmiyyətinivurğulayıb.