"Opta" superkompüteri, 2024/2025 UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunlarından sonra turnirin əsas favoritini müəyyənləşdirib.
90deqiqe.Az xəbər verir ki, “Barselona” Avropanın ən nüfuzlu klub turnirində qalib gəlmək üçün ən yüksək şansa malikdir — 20,4%.
Çempionlar Liqasının qalibi olmaq üçün ilk 10 namizədin siyahısı belədir:
1."Barselona" - 20,4%
2. PSJ - 19,3%
3. "Arsenal" - 16,8%
4. "İnter" - 16,4%
5. "Real Madrid" - 13,6%
6. "Bavariya" - 9,7%
7. "Aston Villa" - 2,8%
8. "Borussiya Dortmund" - 1%
Maraqlıdır ki, bir həftə əvvəl "Liverpul" "Opta"ya görə favorit hesab edilsə də, 1/8 finalda İngiltərə klubu PSJ-yə məcmu hesabla (1:0, 0:1, 1:4 pen.) uduzaraq kubok uğrunda mübarizədən kənarda qalıb.