Ayasofya Məscidinin ziyarətçilərə bağlı olanhissisinin qapısını sındırmaqda təqsirləndirilən şübhəlinin məhkəməsi keçirilib.
7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, şəxsin "İbadət yerlərinə və qəbiristanlıqlara zərər vurma” və "yaşayış yerinin toxunulmazlığını pozma” ittihamları ilə 1 il 6 aydan 5 ilə qədər azadlıqdan məhrum edilməsi tələb edilib.
Məhkəmə qərarını açıqlayaraq, müttəhim Atıf K.-nı "ibadət yerləri və qəbiristanlıqlara ziyan vurmaq" maddəsi ilə 1 il 8 ay müddətinə azadlıqdan məhrum edib.