AZ

Ramazanda ağız qoxusunun qarşısını almaq üçün vacib məsələlər

Ramazan ayında oruc tutanların ən çox rastlaşdığı problemlərdən biri ağız qoxusudur. Uzun müddət ac və susuz qalmaq ağızda bakteriyaların çoxalmasına səbəb olur. Bununla yanaşı, səhv qidalanma və düzgün ağız baxımının olmaması da bu problemi daha da artırır. Lakin bir neçə sadə qaydaya əməl edərək oruc zamanı xoşagəlməz qoxunun qarşısını almaq mümkündür.  

Yenisabah.az ağız qoxusundan əziyyət çəkənlər üçün faydalı məlumatları təqdim edir:

Diş və dil təmizliyinə diqqət edin 

 

Ağız qoxusunun əsas səbəblərindən biri dişlər arasında və dilin üzərində qalan qida qalıqlarıdır. Bu qalıqlar bakteriyaların çoxalmasına şərait yaradır. Buna görə də:  

- Səhər və axşam dişlərinizi ən azı 2 dəqiqə fırçalayın; 

- Diş sapından istifadə edərək aralara yığılan qida qalıqlarını təmizləyin;  

- Dilinizi də diş fırçası və ya xüsusi dil təmizləyicisi ilə yuyun.  

Ağız qarqaralarından istifadə edin 

 

Dişləri fırçalamaq kifayət etmədikdə antibakterial qarqaralar kömək edə bilər. Xüsusilə nanə, adaçayı və mixək tərkibli qarqaralar bakteriyaları öldürərək ağız qoxusunu azaldır. Evdə sadə duzlu su ilə qarqara etmək də faydalıdır.  

Səhər və iftar yeməklərinə diqqət edin  

Oruc tutarkən nə yediyiniz də ağız qoxusuna təsir edir. 

 

- Soğan, sarımsaq və çox ədviyyatlı qidalardan uzaq durun;

- Təbii probiotiklər (qatıq, kefir) ağız florasını tənzimləyir və qoxunun qarşısını alır; 

- Şəkərli qidalar bakteriyaların çoxalmasına səbəb ola bilər, ona görə də iftarda və sahurda şəkəri məhdudlaşdırın.  

Yetərli su için  

Susuzluq ağız qoxusunun əsas səbəblərindən biridir. Sahurda və iftarda kifayət qədər su içərək ağızda tüpürcək ifrazını artırmaq və bakteriyaların qarşısını almaq mümkündür.  

Təbii metodlardan istifadə edin  

- Çeynənən təbii vasitələr, məsələn, mixək və ya keşniş toxumu tənəffüsü təravətləndirir; 

- Şüyüd və nanə yarpaqları da ağız qoxusunu azaltmağa kömək edir.  

Bu sadə qaydalara riayət etməklə Ramazan ayında ağız qoxusunun qarşısını alıb, rahat və sağlam şəkildə orucunuzu tuta bilərsiniz

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
25
yenisabah.az

1Mənbələr