AZ

Rasselldən yeni müqavilə açıqlaması

Formula-1-in britaniyalı pilotu Corc Rassell "Mersedes"dəki gələcəyi ilə bağlı suallara cavab verib.

İdman.biz xəbər verir ki, o, yeni müqavilə bağlamağa tələsmədiyini bildirib.

"Məncə, bizim uzun müddətli yaxşı əlaqələrimiz var, bir-birimizə etimad göstəririk. "Mersedes"in qələbə qazanmasına, yarışlarda qalib gəlib titullar qazanmasına çalışırıq. Düzü, bu idman növündə əsas nəticədir. Mən tərəfdən yeni müqavilə ilə bağlı hər hansı təzyiq yoxdur. Vaxtı çatanda hər şey youna düşəcək. İndi bizim daha vacib hədəflərimiz var", - deyə Rassell açıqlmasında vurğulayıb.

Qeyd edək ki, Corcla "Mersedes" arasındakı müqavilə bu ilin sonunda bitəcək.

İdman.biz

Seçilən
16
idman.biz

1Mənbələr