İtalyan modelyer Donatella Versace 30 ilə yaxın işlədiyi "Versace" moda evinin kreativ direktoru vəzifəsini tərk edib.
Far.Az xəbər verir ki, bu barədə moda evinin nümayəndələri martın 13-də X sosial şəbəkəsində məlumat veriblər.
"Donatella Versace baş brend səfiri rolunu üzərinə götürəcək", - deyə məlumatda deyilir.
O, yeni rolunda özünü moda evinin xeyriyyə işlərinə həsr edəcək və brendin dünya miqyasında müdafiəçisi olaraq qalacaq.
Yaradıcı direktor vəzifəsini Dario Vitale icra edəcək. O, aprelin 1-dən vəzifəsinin icrasına başlayacaq.