AZ

BMT BA-nın 77-ci sessiyasının prezidenti: Azərbaycan BMT-dəki islahatlarda mühüm rol oynaya bilər

"Azərbaycan BMT-dəki islahatlarda mühüm rol oynaya bilər. Ona görə də bu dövlətin həmin proseslərdə iştirakı artırılmalıdır".

APA xəbər verir ki, bunu XII Qlobal Bakı Forumu çərçivəsində təşkil olunan "Gələcək üçün BMT Paktı: Yeni Qlobal Konsensusun Yaradılması" adlanan paneldə BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Ksaba Korosi bildirib.

O söyləyib ki, islahatların davamlılığını təmin etmək üçün çoxtərəfli danışıqlara ehtiyac var:

"Gələcək Paktı çərçivəsində tərəflərin üzərinə düşən vəzifələri bilməlidir. Eyni zamanda onu bildirmək istəyirəm ki, sənədin 3/4 hissəsi yerli, digər 3/4-ü isə qlobal səviyyədə həyata keçirilməlidir. Dayanıqlı inkişaf məqsədləri bu paktın iştirakçı ölkələr tərəfindən anlaşılması ilə sıx bağlıdır. Biz bu gün eşitdiklərimizi müqayisə etsək görərik ki, tək ehtiyacımız olan əməkdaşlıqdır. Lakin bu gün baş verən odur ki, geosiyasi mentalitet daha çox danışıqlarla müşayiət olunsa da, bu faktor mənfi nəticələrə gətirib çıxarır. Fikrimcə, biz bu haqda düşünməliyik. Dünyada baş verən istənilən proses müəyyən qaydalara əsaslanmalıdır. Burada söhbət dayanıqlı transformasiyadan söhbət gedirsə bir çox dövlət onun məqsədlərini dərk etmir. Elmin qərarların qəbulu prosesinə cəlbi bu baxımdan çox vacibdir. Burada ən vacib məsələ bizim birgə addımlar atmağımızdan ibarətdir. Bunun üçün çoxtərəfli danışıqlara ehtiyac var. Eyni zamanda biz danışıqlardan konkret əməllərə keçməliyik. Burada söhbət təkcə təhlükəsizlikdən getmir. Mən istərdim ki, BMT təkcə çoxtərəflilik qovşağı kimi qalmasın. Təklif edirəm ki, biz 193 dövlət arasında BMT çərçivəsində islahatlara dair platforma yaradılsın. Burada məqsəd bütün dövlətlərin islahat prosesində iştirakını təmin etməkdir. Nəzərə alsaq ki, Azərbaycan BMT-dəki islahatlarda mühüm rol oynaya bilər. Ona görə də bu dövlətin həmin proseslərdə iştirakı artırılmalıdır".

Seçilən
18
apa.az

1Mənbələr