AZ

Dünya son iki ildə gözlənilməz dəyişikliklər nəticəsində yaranan yeni reallıqla üz-üzədir - Ksaba Korosi

Bakı. Trend:

Dünya son iki ildə gözlənilməz dəyişikliklər nəticəsində yarananyeni reallıqla üz-üzədir.

Trend xəbərverir ki, bunu bu gün XII Qlobal Bakı Forumu çərçivəsində "Gələcəküçün BMT paktı: Yeni qlobal konsensusun yaradılması" mövzusundakeçirilən panel iclasında BMT Baş Assambleyasının 77-cisessiyasının sədri Ksaba Korosi deyib.

"Bu hadisələr qlobal proseslərə təsir edib və dünya ictimaiyyətiüçün yeni çağırışlar yaradır", - o vurğulayıb.

O, həmçinin qeyd edib ki, BMT paktında təklif olunan altıistiqamət mühüm ideya və prinsipləri ehtiva etsə də, daha konkreticra tələb edir. Bu sənədi gözəl ideyalar toplusu kimi qəbul etməkolar, lakin uğurlu həyata keçirmək üçün kimin nə etməli olduğunuaydın şəkildə başa düşmək lazımdır.

"Biz necə irəli getməyi və qlobal problemlərin həlli üçün hansıaddımları atmağı aydın başa düşməliyik", - Korosiyekunlaşdırıb.

Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərindəkeçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən“Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətəçevrilməsi” şüarı altında təşkil olunub.

Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfliyanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regionalsabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirəolunacaq.

Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir arayagətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident,15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərintəxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazirmüavini yer alacaq.

Məqalədə:
Seçilən
13
2
az.trend.az

3Mənbələr