Bakı. Trend:
Azərbaycan dünyaya təqdim edə biləcək, həqiqətən də, əhəmiyyətlitəbii resurslara sahibdir.
Bu sözləri XII Qlobal Bakı Forumu çərçivəsində Trend-ə açıqlamasındaKolumbiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili,konsul Andres Felipe Giraldo Lopez deyib.
O, XII Qlobal Bakı Forumunun yeni dünya nizamı haqqında danışmaqüçün çox vacib ssenarilər təqdim edəcəyini hesab edir:
"Çünki bilirsiniz ki, dünya çox sürətlə dəyişir. Bütün dünyadaideyalar, ərazilər, bir çox şeylər uğrunda mübarizə aparan çoxsayda insanları görürük. Buna görə də hər kəsin bu mövzularhaqqında danışa biləcəyi, sülh içində yeni bir dünya yaratmaq üçünbelə bir forumun olduqca əhəmiyyətli və zəruri olduğunudüşünürəm.
Burada keçmiş prezidentlər, Azərbaycan hökumətindən olanrəsmilər fikir mübadiləsi aparırlar. Düşünürəm ki, bura çağırışlarhaqqında danışmaq üçün gözəl məkandır".
"Azərbaycan indiki məqamda dünyaya baxmaq üçün gözəl ölkədir.Çünki buranın digər ölkələrlə müqayisədə bir çox üstünlüklər var.Onun coğrafi mövqeyi cəhətdən Avropa və Asiya arasında yerləşməsibu ölkənin strateji əhəmiyyətini özündə ehtiva edir və bu ölkədünyaya təqdim edə biləcək, həqiqətən də, əhəmiyyətli təbiiresurslara sahibdir", - deyə Kolumbiyanın Azərbaycandakısəfirliyinin müvəqqəti işlər vəkili vurğulayıb.
Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərindəkeçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən“Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətəçevrilməsi” şüarı altında təşkil olunub.
Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfliyanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regionalsabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirəolunacaq.
Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir arayagətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident,15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərintəxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazirmüavini yer alacaq.