Ardıcıl 4-cü ildi ki, “Formula-1”in gəlirləri dayanmadan artır.
Bu haqda xəbəri “L'Equipe” nəşri yayıb. Həmin qaynaq bildirir ki, dünya çempionatını keçirmək hüququna sahib “Liberty Media” şirkətinin gəlirləri 2024-cü ildə 3,65 milyard dollara çatıb, yəni 2023-dəki göstərici ilə müqayisədə gəlir 14 faiz artıb. Əməliyyat gəlirləri 492 milyon dollara çatıb ki, bu da 2023-dəki analoji göstəricidən 100 milyon çoxdu. Gəlirin 32,8 faizi teleyayın hüququnun satışından, 29,3 faizi “Qran-pri”nin promouterlərindən, 18,6 faizi sponsorlardan daxil olub.
Bundan başqa, dünya çempionatında azarkeş sayı da artıb – 2024-cü ildə hər mərhələni orta hesabla 66 milyon adam izləyib, turnirin ümumi auditoriyası isə 1,6 milyard adam təşkil edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta