AZ

Tomas Lamanauskas: Dünyada 2,6 milyard insanın internetə çıxışı yoxdur

Lamanauskas süni intellekt kimi yeni texnologiyalardan istifadəyə və onların həyata keçirilməsi ilə bağlı risklərin idarə olunmasının vacibliyinə xüsusi diqqət yetirib.

Qlobal rəqəmsal imkanlar hamı üçün əlçatan olmalıdır.

Operativ Media xəbər verir ki, bunu bu gün XII Qlobal Bakı Forumu çərçivəsində "Gələcək üçün BMT paktı: Yeni qlobal konsensusun yaradılması" mövzusunda keçirilən panel iclasında Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibinin müavini Tomas Lamanauskas deyib.

Tomas Lamanauskas qeyd edib ki, pakt çərçivəsində rəqəmsal vasitələrin tətbiqində məqsəd yeni strukturlar yaratmaq deyil, mövcud boşluqları aşkar etmək və onların aradan qaldırılması yollarını tapmaqdır.

O vurğulayıb ki, qlobal rəqəmsal təşəbbüs rəqəmsal uçurumun aradan qaldırılmasına yönəlib, çünki dünyada 2,6 milyard insanın hələ də internetə çıxışı yoxdur.

Lamanauskas süni intellekt kimi yeni texnologiyalardan istifadəyə və onların həyata keçirilməsi ilə bağlı risklərin idarə olunmasının vacibliyinə xüsusi diqqət yetirib.

"Rəqəmsal imkanlar hamı üçün əlçatan olmalıdır və texnologiyaların, o cümlədən süni intellektin inkişafı ilə bağlı riskləri düzgün idarə etmək vacibdir", - o bildirib.

Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərində keçirilir.

Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” şüarı altında təşkil olunub.

Seçilən
5
2
operativmedia.az

4Mənbələr