AZ

Qırmızıda keçib yaşıl işığın yanmasını gözləyən sürücüdən ağlasığmaz hərəkət- VİDEO

Xırdalan şəhərində yol hərəkəti qaydasını pozan sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Mehdi Hüseynzadə küçəsilə Heydər Əliyev prospektinin kəsişməsində qeydə alınıb.

Belə ki, taksi fəaliyyəti ilə məşğul olan 77-RB-674 qeydiyyat nişanlı "Toyota Prius" markalı avtomobilin sürücüsü svetoforun qırmızı işığında keçərək yolayrıcına daxil olub. O, daha sonra asta-asta irəliləyərək, guya yaşıl işığın yanmasını gözləyib.

Qeyd edək ki, sürücü svetoforu qırmızı işıqda keçdiyi üçün, onun sonradan dayanması heç bir fayda vermir. Bu əmələ görə, həmin sürücü İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsilə 3 bal 100 manat məbləğində cərimə oluna bilər.

 

Fərid

Seçilən
12
avtosfer.az

1Mənbələr