AZ

Azərbaycan güləşçiləri Avropa çempionatında mübarizəni davam etdirir

Bakı. Trend:

Albaniyanın paytaxtı Tiranada 23 yaşadək güləşçilər arasındakeçirilən Avropa çempionatı davam edir.

Trend xəbər verirki, yarışın altıncı günündə yunan-Roma güləşi üzrə beş çəkidərəcəsində mübarizəyə start verilib. Digər çəki kateqoriyalarındaisə təsəlliverici qarşılaşmalar baş tutub.

Azərbaycan millisinin yarışa qoşulan beş güləşçisindən ikisiyarımfinala yüksəlib. Onlardan Ruslan Nurullayev finala adlayıb,Elmin Əliyev isə yarımfinalda məğlub olub və bürünc medal uğrundamübarizə aparacaq.

Yunan-Roma güləşi:
60 kq – Hüseyn Qəribov 1/8 finalda Türkiyə təmsilçisi Mert İlbarsa4:6 hesabı ilə məğlub olub.

67 kq – Fərid Xəlilov almaniyalı Yanis Hainzelbekkeri 6:0 hesabıilə məğlub etsə də, 1/4 finalda rusiyalı Daniyal Ağayevə (UWW) 1:5hesabı ilə uduzub.

72 kq – Ruslan Nurullayev bolqarıstanlı Dimitar Georgiyevi(10:1) və litvalı Rokas Çepauskası (3:1) məğlub edərək yarımfinalayüksəlib. O, yarımfinalda ukraynalı Oleq Xəlilov üzərində 4:2hesablı qələbə qazanaraq finala vəsiqə qazanıb.

82 kq – Elmin Əliyev macarıstanlı Dominik Botosu (5:2) vəisveçli Aleksander Yohanssonu (6:5) məğlub edərək yarımfinalayüksəlib. Lakin finala gedən yolda moldovalı Aleksandru Soloveyə0:8 hesabı ilə uduzub və bürünc medal uğrunda mübarizəni davametdirəcək.

97 kq – Aqil Musayev 1/8 finalda Ermənistan təmsilçisi HarutyunKirakosyana "tuş"la məğlub olub.

Qeyd edək ki, yarımfinallar Bakı vaxtı ilə saat 19:45-də, medalgörüşləri isə 21:00-da başlayacaq.

Seçilən
8
az.trend.az

1Mənbələr