AZ

Məşhur aktyor vəfat etdi - FOTO

Mədə xərçəngi ilə mübarizə aparan məşhur türkiyəli aktyor Şinasi Yurtsever vəfat edib.

Acı xəbəri Zafer Algöz sosial mediada paylaşıb: "Yenə ailəmizdən birini itirdik... Çox üzgünəm... Başımız sağ olsun... Allah rəhmət eləsin..."

Şinasi Yurtsever 51 yaşında idi.

Qeyd edək ki, Şinasi "Kardeş payı", "Düğün dernek", "Çalgı çengi", "Hokkabaz", "Avrupa yakası" kimi məşhur layihələrdə rol almışdı.

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
53
3
milli.az

4Mənbələr