Azərbaycanın tanınmış müğənnisi Zülfiyyə Xanbabayeva səhnə karyerasına başlaması ilə bağlı maraqlı açıqlamalar verib. Onun sözlərinə görə, valideynləri ilk vaxtlar müğənni olmasını istəməyiblər və bu yolda ciddi maneələrlə qarşılaşıb:
Sənətçi bildirib ki, ailəsi onun sənət yoluna davam etməsinə qarşı çıxsa da, o, qərarında qətiyyətli olub və bu sənətə hörmətlə yanaşacağını sübut edib:
"Mən onlara söz verdim ki, siz mənimlə fəxr edəcəksiniz, mən sizin başınızı aşağı salmayacağam. Və bu gözəl sənəti mən gözəl təbliğ edəcəyəm. Belə-belə gəldim, çıxdım."
Zülfiyyə Xanbabayeva əlavə edib ki, səhnədə özünü tam sərbəst hiss edir və daim olduğu kimi görünməyə çalışır.