Toqquşma ölümə səbəb oldu.
Xezerxeber.az xəbər verir ki, Bakı-Şamaxı-Yevlax yolunun Meysəri kəndi ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib. Minik avtomobili ilə yük maşını toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü 45 yaşlı Tərlan Ağayev və sərnişini aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Zaqatalada da yol qəzası baş verib. Hadisə rayonun Muxax kəndi ərazisində baş verib. Minik avtomobilləri və inkassatorun toqquşması nəticəsində bir nəfər - sürücü 66 yaşlı Zaqatala rayonu Sabunçu kənd sakini Şəmsəddin Yunusov ölüb. 7 nəfərin isə yaralanıb. Onlar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.